Ata həyat yoldaşından boşandığı üçün iki uşağını bıçaqlayaraq öldürüb.
Medianews.az xəbər verir ki, faciəvi hadisə Udmurtiya Respublikasında baş verib.
29 yaşlı kişi həyat yoldaşından boşandıqdan sonra iki övladını: 7 yaşlı oğlu və üç yaşlı qızını ürəyindən bıçaqlayıb.
Məlumatlara əsasən, boşanma prosesi ilə bağlı kişi həyat yoldaşına qarşı şəxsi düşmənçilik hiss edib.
Qətldən sonra kişi qaçmağa çalışsa da, tezliklə yaxınlıqdakı meşədə saxlanılıb.
Hər iki uşaq aldığı xəsarətlərdən sonra dünyasını dəyişib.