Türkiyənin Zonquldak vilayətində fırtına səbəbiylə kabus yaşanır.
Medianews.az xəbər verir ki, Türkiyənin Qara dəniz sahilində yerləşən Ereğli limanı yaxınlığında Panama bayrağı altında üzən yük gəmisi sahilə çırpılıb.
Küləyin təsiri ilə sürüklənən yük gəmisi sahilə çırpılaraq ikiyə bölünüb.
Sahil zolağındakı mağazalar və parklar da su altında qalıb.
Xilasetmə qrupları ikiyə bölünən gəmidən 13 nəfəri təxliyyə edib.
Medianews.az