Çanaqqalanın mərkəzi Sarıcaeli kəndində bir evdə baş verən yanğında yaşlı kişi həyatını itirib. Sarıcaeli kəndində yaşayan 82 yaşlı Yəhya Durunun evində naməlum səbəbdən yanğın baş verib.
Medianews.az TRT Haber-ə istinadən xəbər verir ki, Durunun qonşuları alovu görəndə xilasetmə və sağlamlıq qruplarına xəbər verilib. Hadisə yerinə gələn Çanaqqala Bələdiyyəsi yanğınsöndürmə briqadası yanğını qısa müddətdə söndürüb. Sağlamlıq qrupları tərəfindən aparılan yoxlama zamanı Durunun öldüyü müəyyən edilib.
Qocanın cəsədi buradan çıxarılaraq Mehmet Akif Ersoy Çanaqqala Dövlət Xəstəxanasının meyitxanasına aparılıb.