“İsrail Qəzzada hərbi cinayətləri təsadüfən deyil, əvvəlcədən planlaşdıraraq törədib, buna kifayət qədər sübutlar var…”
“Nə qədər gec deyil, İsrailin nüvə silahı yoxlanılmalıdır, dünya ictimaiyyəti bunu diqqətdən kənarda saxlamamalıdır…”
Türkiyə bütün çətinliklərə rəğmən Qəzza bölgəsinə dəstək göstərməkdə davam edəcək, beynəlxalq aləmin diqqətini məzlum xalqın mübarizəsinə cəlb edəcək.
Medianews.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuatla görüşündə bəyan edib.
“Türkiyə maneələrə rəğmən Qəzzaya inadla dəstək göstərəcək. Bütün dünya, xüsusilə İslam ölkələri bu dəstək üçün birləşməlidir. Onlar yardımın çatdırılmasında mütəmadi olaraq maneçilik törətməklə Qəzzanı aclığa və susuzluğa düçar etməyə cəhd göstərir. Buna baxmayaraq biz beynəlxalq humanitar təşkilatlar və BMT ilə əməkdaşlıq edərək istənilən həcmdə olmasa da, yardımı çatdıracağıq”, – o, deyib.
İsrailin nüvə silahının inspeksiyası
Ərdoğan məlumat verib ki, mindən çox hüquqşünas Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edərək İsrailin hərbi cinayətlərinin tədqiqatına başlamağı xahiş edib və deyib ki, Təl-Əviv nüvə silahının yayılmaması haqqında Müqavilənin iştirakçısı olmaq istəmir.
“Nə qədər gec deyil İsrailin nüvəsilahı yoxlanılmalıdır. Biz Türkiyə olaraq bu çağırışla çıxış edirik. Mən dünya ictimaiyyətini bunu diqqətdən kənarda saxlamamağa çağırış edirəm”, – o, bəyan edib.
Netanyahudan yaxa qurtarmaq
Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahuya qarşı çıxaraq iddia edib ki, İsrail əhalisinin 60 faizi onun əleyhinədir. O, bəyan edib ki, İsrail rəhbərliyinin Beynəlxalq Məhkəmədə təqib edilməsi üçün asaslı sübutlar var.
“Biz Netanyahudan yaxa qurtaracağıq. İsrail və dünyanın bütün yəhudiləri də ondan xilas olacaq. Hazırda hamı onu silahla, pullarla təmin edir, lakin belə vəziyyətdə ona dəstək verən ölkələr yüksək bədəl ödəyir. İsrail rəhbərliyinin Beynəlxalq Məhkəmədə təqib edilməsi üçün kifayət qədər sübutlar var. Biz bu cinayətlərə görə qərəzsiz cəzalandırılma üçün nümkün olan hər şeyi edəcəyik”, – Ərdoğan vurğulayıb.
İsrail “Qəzzaya hücumunu yalanla qanuniləşdirir”
Ərdoğan bəyan edib ki, ABŞ İraqa kütləvi qırğın silahı barədə yalanla İraqa hərbi müdaxilə etdiyi kimi, İsrail də oxşar yalanla öz işğalını qanuniləşdirməyə cəhd göstərir.
“Onlar Qəzzada hərbi cinayətlərini ört-basdır etməyə cəhd göstərir. İsrail bu cinayətləri şüursuz və ya təsadüfən deyil, qəsdən törədib. Bütün kütləvi qətllər, qadınlar, kişilər, uşaqların bir-birinin ardınca harada və necə qətlə yetirilməsi əvvəlcədən planlaşdırılıb. İsrail xəstəxanaya, tüfəng bir yana qalsın, topla və tankla daxil olur. Onlar indiyədək xəxtəxananın altında tunel axtarır. Bütün bunların yalan olduğu bəlli olub”, – Türkiyə prezidenti deyib.
Əsirlərin azad edilməsi
Ərdoğan bəyan edib ki, həm HƏMAS-ın ələ keçirdiyi israillilərin, həm də İsrailin ələ keçirdiyi fələstinlilərin azad edilməsini istəyir, bu zaman İsrail ailələrindən aldığı məktuba istinad edib.
“HƏMAS bu adamları azad etməməkdə maraqlı deyil. Biz israillilər və fələstinlilərin əsirlikdə qalmasını isrəmirik. HƏMAS tərəfindən saxlanılan girovların bəziləri İsrailin dinc sakinlərə divan tutması nəticəsində zərər çəkib. İsrail ailələri onlarla bu cür davranıldığına görə öz hökumətlərinə olan ümidini itirib”, – o, deyib.
Ərdoğan vurğulayıb ki, Türkiyə kəşfiyyatı bu məsələni araşdırır və nəticə əldə edilməsi üzərində işləyir.
Qəzzada savaş və Türkiyənin münasibəti-başlıca xəbərlər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, İsrailin baş naziri Netanyahu ilə Qüdsün Qəzza bölgəsində hərəkətləri ilə bağlı təmaslara son qoyub.
Öz növbəsində İsrail XİN Ərdoğanı “terrorçuları dəstəkləməkdə” ittiham edib.
Sonradan bəlli olub ki, Türkiyə hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsində Netanyahuya qarşı iddia qaldırıb.