Sumqayıtda fəhlənin başına daş düşməsi nəticəsində ağır xəsarət alıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Kristal Abşeron”un yeni tikilən binalarının birində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Adıgözəlov Faiq Hidayət oğlu ehtiyatsızlıq zəminində fəhlə işlədiyi binada başına daş parçasının düşməsi nəticəsində xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.