İsmayıllı rayonunda zəlzələ baş verib.
Medianews.az Oxu.Az-a istinadən xəbər verir ki, verilən məlumatına əsasən, yeraltı təkanlar bu gün yerli vaxtla 04:56-da İsmayıllı stansiyasından 3 km şimalda, İsmayıllı rayonunda qeydə alınıb.
Bildirilir ki, zəlzələnin maqnitudası 3,6, dərinliyi 7 km olub. Zəlzələ 3 bal gücündə hiss olunub.