Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə gecə saatlarında İzmirin Bayraklı qəsəbəsində baş verib. 38 yaşlı Çiğdem Dıvrak və 43 yaşlı Erdoğan Dıvrak arasında yataq otağında münaqişə yaranıb. Münaqişə zamanı kişi tapança ilə arvadını vuraraq öldürüb. Daha sonra o, həmin silahla başına atəş açıb.
Hadisə yerinə gələn polis və təcili tibbi yardım əməkdaşları onların hər ikisinin öldüyünü müəyyən ediblər. Polislər cütlüyün 19 və 12 yaşlı uşaqlarını evdən çıxarıblar.
Məlum olub ki, cütlüyün gələn həftənin birinci günü boşanma üçün məhkəmə iclası baş tutacaqmış. Onların uzun müddətdir aralarında mübahisə yaşandığı bildirilir.