Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda birinci hissə başa çatıb.
“Unikal” xəbər verir ki, yığmamız fasiləyə 2:0 hesabı ilə öndə yollanıb.
Komandanın qollarını 3-cü dəqiqədə Emin Mahmudov, 6-cı dəqiqədə Renat Dadaşov vurublar.
xxx
21:14
Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ikinci qol vurulub.
“Unikal” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada yığmamız ikinci qolu rəqib qapısından keçirib – 2:0.
6-cı dəqiqədə Renat Dadaşov qonaqları məyus edib.
xxx
21:11
Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçirilən AVRO-2024-ün seçmə mərhələ oyununda ikinci qol vurulub.
“Unikal” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada yığmamız ikinci qolu rəqib qapısından keçirib – 2:0.
6-cı dəqiqədə Renat Dadaşov qonaqları məyus edib.
xxx
21:05
Bakıda Azərbaycan və İsveç milli komandaları arasında AVRO-2024-ün seçmə mərhələ oyunu başlayıb.
“Unikal” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:00-da start götürüb.
Matçı isveçrəli qadın FIFA referisi Ester Ştaublinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.
F qrupunda yer alan hər iki kollektiv final mərhələsinə vəsiqə qazanmaq şansını əvvəlki turlarda itirib.
Yığmamız 6 oyundan sonra 4 xalla 4-cü, qonaqlar isə 7 xalla üçüncü pillədə qərarlaşıblar. Qrupun digər qarşılaşmasında AVRO-2024-ə vəsiqəni rəsmiləşdirən Avstriya səfərdə Estoniya ilə üz-üzə gəlir.
xxx
20:15
AVRO-2024-ün seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və İsveç millilərinin start heyətləri bəlli olub.
“Unikal” xəbər verir ki komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 9. Renat Dadaşov
Baş məşqçi: Canni De Byazi
İsveç: 1. Robin Olsen, 13. Ken Sema, 4. Filip Helander, 3. Viktor Lindelöf (k), 14. Linus Valqvist, 10. Emil Forsberq, 18. Samuel Qustafson, 9. Yens Kayuste, 19. Mattias Svanberq, 21. Deyan Kulusevski, 17. Viktor Qyökeres
Baş məşqçi: Yanne Anderson
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 21:00-da start götürəcək. Yığmamız 6 oyundan sonra 4 xalla 4-cü, qonaqlar isə 7 xalla üçüncü pillədə qərarlaşıblar.