Türkiyənin Aydın vilayətində qorxunc hadisə baş verib.
Medianews.az xəbər verir ki, qonşusundan ərini qısqanan 60 yaşlı qadın dəhşət saçıb.
78 yaşlı ərini bıçaqla öldürən qadın 76 yaşlı qonşusunu da yaralayıb. Hadisə yerinə gələn polislər yaşlı qadını saxlayıb.
Qısa müddətdə hadisə yerinə gələn təcili yardım 78 yaşlı Emin Küçükberberin hadisə yerində öldüyünü müəyyən edib. 76 yaşlı S.B. isə ilkin tibbi yardımdan sonra təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Medianews.az