Yakutiya Respublikasında ayı iki nəfərin başının dərisini soyub.
Medianews.az xəbər verir ki, hər iki zərərçəkmiş şəxs Rusiyanın Ufa şəhərindən gələn işçilərdir.
Məlumata görə, onlar itlərin hürdüyü zaman siqaret çəkirdilər və ayının yemək üçün zibil kutularının yanına gəldiyini ehtimal etmirdilər.
İş yoldaşları qaçmaq istəsə də, nəticədə ayı hər ikisinə yaxınlaşaraq sıra ilə onlara hücüm edib.
Zərərçəkənlərə dərhal ilkin tibbi yardım göstərilib. Onlar əvvəlcə orta-ağır vəziyyətdə kənd xəstəxanasına çatdırılıblar. Kişilər baş nahiyəsindən yaralar, qol və ayaqlarında çoxsaylı kəsiklər alıblar.
Daha sonra zərərçəkənlər Moskvadakı Sklifosovski İnstitutuna yerləşdirilib. Onlar hazırda travmatologiya şöbəsində müalicə alırlar.
“Komandamıza minnətdarlığımızı bildirmək istərdik, biz hamımız uşaqlarla bir ailə kimiyik. Mən işçilərimin hər birinə dəyər verirəm. Onlar maksimum cəsarət və ixtiraçılıq nümayiş etdirdilər. Onlar əllərindən gələn hər cür köməklik göstərdilər, həyatımızı xilas etdilər”, – zərərçəkənlərdən biri deyib.