Türkiyənin İstanbul şəhərində kirayə verilən evlərdən biri sosial şəbəkələrin müzakirə obyektinə çevrilib.
Medianews.az BAKU.WS-a istinadən xəbər verir ki, buna səbəb Üsküdar bölgəsində yerləşən mənzillərdən birinin baxımsız olduğu halda onun 15 500 lirəyə (təxminən 919 AZN) kirayə verilməsi olub.
Evin görüntülərini həmin mənzili kirayəyə götürən şəxs çəkərək sosial şəbəkələrdə yayıb.
O videoya kinayə ilə “Yeni lüks evim” sözlərini də əlavə edib. Baxımsızlıqdan dağınıq və uçuq-tökükü vəziyyətdə olan evdə bir çarpayı bir stol bir televizor və bir paltaryuyan maşın var.