26 yaşlı gənc özündən 24 yaş böyük müdirə həmkarların gözü qarşısında evlilik təklifi edib.
Medianews.az xəbər verir ki, hadisə Çində baş verib.
26 yaşlı gənc əvvəllər həmkarları ilə romantik münasibətdə olub, lakin gəlir fərqinə görə heç vaxt heç kimlə münasibət qura bilməyib.
Sonra diqqətini 50 yaşlı boşanmış müdirə yönəldib.
Müdir kişiyə bacarıqlı və mehriban bir qadın kimi görünüb və nəticədə ona aşiq olub. Çinli kişi hisslərini müdirinə deməyib və restoranda korporativ ziyafətdə həmkarlarının gözü qarşısında ona sevgisini etiraf etmək qərarına gəlib.
Tədbir zamanı kişi diz üstə çökərək qadına evlilik təklifi edib. Əvvəlcə qadın imtina edib, lakin o, oğlan israr edib.
“Bu şirkətə səndən xoşum gəldiyi üçün gəldim. Səni təsadüfən bir restoranda gördüm və dərhal anladım ki, sənə qarşı hisslərim var. Mən sadəcə səninlə olmaq istəyirdim”, – gənc bildirib.
Tabeliyində olanın etirafından sonra müdir çaşqınlıq və utanc içində olub. Oğlan bu məqamdan istifadə edərək üzüyü qadının barmağına taxıb. Sonda qadın onun həyat yoldaşı olmağa razılıq verib.
Çinlinin bu hərəkəti Çin sosial şəbəkələrində müzakirələrə səbəb olub. Əksər istifadəçilər hesab edirdilər ki, kişinin özündən iki dəfə böyük olan müdirə evlilik təklifi etmək qərarı varlanmaq istəyi ilə bağlıdır.