43 yaşlı kişi qadın hamamına gizlicə girməyə çalışıb.
Medianews.az xəbər verir ki hadisə Yaponiyada, baş verib.
43 yaşlı yaponiyalı Mie prefekturasının Naqaşima şəhərindəki isti bulaq hamamı kompleksinin qadınlar üçün nəzərdə tutulmuş hissəsinə girməyə cəhd edərkən görüntülənib.
Həmin vaxt orada qadınlar olub.Kompleksin müdiri polisə zəng edib. Saxlandıqdan sonra şübhəli qadın hamamına girdiyini inkar etməyib.
Həmin şəxs binaya qanunsuz daxil olmaqda şübhəli bilinib. Onun hansı cəza ilə üzləşə biləcəyini dəqiq deyil.