“Qəzzada hərbi əməliyyatlar HƏMAS məhv edilənə və girovlar qaytarılana qədər davam edəcək”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri Eli Kohen jurnalistlərə açıqlaması zamanı deyib.
Nazir, həmçinin qeyd edib ki, İsrail hərbçilərinin Qəzza zolağındakı “Əl-Şifa” tibb kompleksinin ərazisindəki əməliyyatlarının məqsədi “HƏMAS terror tunellərinin məhv edilməsi və girovların axtarışıdır”.