Şənbə, 9 Dekabr 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Kitab sərgiləri gözlənilən nəticəni verirmi?

TURAN
15/11/2023 12:31
330
BAXIŞ
FacebookTwitterTelegram

Sərgi-yarmarkalar kitabın təbliği üçün ən effektli vasitədir. Elə bu günlərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir.

Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar, eyni zamanda aktyorlar iştirak edirlər. Bəs görəsən bu kitab sərgi -yarmarkalarının əhəmiyyəti nədən ibarətdirdir? Keçirilən sərgi kitab oxucularının sayını nə qədər artıra bilər?

Mövzu ilə bağlı ekspertlər təəssüratlarını Medianews.az-a bölüşdülər. Keçirilən sərgi- yarmarkanın faydalarından danışdılar.

Dayazlıqlara meydan oxumaq - Rəşad Məcid yazır

Tanınmış yazıçı Rəşad Məcid bildirdi ki, 9-cu Bakı Beynəlxalq kitab sərgisi gözləntiləri doğruldub:

“9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çox yüksək səviyyədə keçib. Orda yaşanan izdihamı gördükcə insan qürurlanır. Xalqımızın kitaba marağının artmasının sevinc hissini yaşayıram. Mən iki gün orda oldum, ondan artıq tədbirlərdə iştirak etdim. O kitab sərgisinin aurası, orda olan insanlar, oxucular, yazıçılar fərqli bir dünyanın adamlarıdır və həmin yarmarkada çox xoş bir aura yaşandı. Buraya insanlar öz ailələri, uşaqları ilə gəlirlər. Orda uşaq ədəbiyyatı ilə də bağlı çoxlu kitablar var. Uşaqların kitabla təması xüsusi vacib məsələdir. Körpə uşaqlar üçün orda həm rəsm çəkmək, həm oynamaq üçün yer ayırılıb. Çox gözəl və mədəni mühitdir.

Misal üçün Ramiz Rövşənlə görüşdə imza günü demək olar ki, saatlarla çəkdi. Bundan başqa xalq yazıçısı Afaq Məsud, gənc şair Şəhriyar del Gerani, türkiyəli yazıçı İsgəndər Pala, həmçinin rusiyalı yazıçılardan fəxri qonaq kimi iştirak etdilər.

Düşünürəm ki, bu proses mütaliə vərdişlərinin artmasına kömək edəcək. Mən hər kəsi kitab sərgisinə dəvət edirəm.

Kitabdan zövq almaq lazımdır. Kitab gücdür, kitab oxuyan adamı əymək, sındırmaq mümkün deyil”.

Sabir Rüstəmxanlı: “Qərbi Azərbaycanın tarixi dəqiq yazılmalıdır”

Xalq şairi Sabir Rüstəmxanlı bizimlə söhbətində bildirdi ki, sərgini keçirməkdə əsas məqsəd oxucu yenidən kitaba cəlb etməkdir:

“9-cu Bakı Beynəlxalq Kitab Sərgisi Bakının, Azərbaycanın mədəniyyətində böyük hadisədir.

Əvvəl sərgilər keçirilirdi və bu sərgilərə çox az adam gəlirdi. İndi isə sərgi böyük salonlarda keçirilir, həmin sərgilər insanlarla dolub daşır. Təbii ki, çox adam gəldikcə satışda çoxalacaq, lakin satış məsələsi 2-ci dərəcədədir.

Əsas məsələ odur ki, kitablara böyük maraq var. Şəhərlərdən, rayonlardan insanlar, mədəniyyət işçiləri gəlir ki, kitab sərgilərində iştirak etsin, izləsin, lazım olan kitabı alsın və s.

Sərginin ilk günü, ayın 11-də mənim kitabımın təqdimatı oldu. Sərgidə iştirak edənlər təqdimatı maraqla izləyirdilər. Xeyli insan ayaqüstə dayandı, maraqlanıb sual verdi, kitab istədi… Bütün bunlar gözəl hisslərdir.

Bizim əsas dərdimiz Bakı deyil, əsas dərdimiz odur ki, Azərbaycanın əsas oxucu kütləsi kitabdan uzaqda qalıb. Azərbaycanın əsas oxucu kütləsi Bakıda yox, rayonlarda yaşayır. Kənd camaatı oxuyandı, kitablara çox bağlıdır. Təəssüf ki, kitablar kəndə gedib çatmır. Vaxtı ilə kəndlərdə gözəl kitab evləri vardı. Lakin onlar bağlanıb, özəlləşdirilib. Böyük kəndlərə belə kitab getmir, bunun üçün şərait yaradılmayıb.

Əsas məsələ o əhaliyə kitab çatdırılısın və Azərbaycan kitablarının tirajı indikindən iki, üç dəfə artıq olsun”.

İlqar Rəsul yazır: Fraklı klounların təsiri…

Yazıçı, publisist İlqar Rəsul öz təəssüratlarını bölüşərkən bu sərgilərin nəşriyyatların, kitab təşkilatlarının, satışlarının inkişafına maliyyə baxımından güclənməsinə kömək göstərsə də, ayrı-ayrı yazıçıların inkişafına təsir etmədiyini deyib:

“Bu sərginin ümumi təşkilatçılığı çox yaxşıdır. Sərgilərdə nəşriyyatlar, müxtəlif təşkilatlar təmsil olunur. Bu baxımından sərginin rəngarəngliyi, çeşidli olması çox yaxşıdır. Bu cür sərgilərdə xeyli kitab satılır.

Sözsüz ki, məkana böyük məbləğdə pul ödəyirlər, lakin kifayət qədər də gəlir əldə edirlər.

Bu proseslər kitab mühitinin yaranmasına da kifayət qədər kömək edir. Məsələn kitabla maraqlanmayanlarda yavaş-yavaş maraq oyanır. İstirahət günlərində sərgidə iştirak edənlərin sayı xüsusi ilə çox idi.

Azərbaycanda çox gözəl kitablar nəşr olunur. Artıq kifayət qədər oturuşmuş nəşriyyatlar var və onlar üçün bu sərgilər gəminin çıxdığı okean kimidir. Lakin bu sərgilər nəşriyyatların, kitab təşkilatlarının, kitab satışlarının inkişafına maliyyə baxımından güclənməsinə kömək etsə də, ayrı-ayrı yazıçıların inkişafına demək olar ki, o da dəstək göstərmir.
Demirəm ki, bu sərgilər yazıçılarımızın tanınmasına, irəli getməsinə, daha güvənli mərhələyə keçməsinə, ciddi təsir göstərir. Çünki sərgidə iştirak edən əsasən nəşriyyatlardır, hansı ki, yerə ödəniş edir və gəlir götürməyə çalışırlar. Gəliri isə, dünya ədəbiyyatından götürmək olur, yerli ədəbiyyatdan yox.
Hətta nəşriyyatlar özlərinin nəşr etdikləri kitabları satmağa ciddi maraq göstərmirlər. Onlara dünya ədəbiyyatı daha çox gəlir gətirir. Uşaq ədəbiyyatı da kifayət qədər gəlir gəlirlidir.

Qeyd edək ki, hazırda uşaq ədəbiyyatı xeyli inkişaf edib, gəlir gətirir”.

Şahbaz Xuduoğluna ağır itki üz verdi

Naşir, tərcüməçi-yazar Şahbaz Xuduoğlu keçirilən sərgi ilə bağlı təəssüratını bölüşərkən belə yarmarkaların keçirilməsini oxucunu kitabla tanış etdirdiyini bildirdi:

“Məncə bu sərgilərin kitab satışında, kitab təbliğində çox böyük rolu var. Eyni zamanda kitab alıcıların da bu sərgidən yaxşı faydalana bilirlər.

Burda kitablar say baxımından, endirimlər baxımından çoxdur. Belə sərgilər yalnız kitabın inkişafına, kitab mədəniyyətin inkişafına xüsusi xidmət edir”.

Mirzəyeva Lamiyə

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanıb.

MEDİA onlayn və çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edir

DAHA ÇOX OXU

Cəmiyyət

Qərbi Azərbaycan Xronikası: “Ermənistanda yaşayanlar ermənilər deyil, əsl hindlilərdir” – VİDEO

09/12/2023 00:22
Flash

ƏHALİNİN NƏZƏRİNƏ! Bu şəxslərə UŞAĞA GÖRƏ əlavə pul veriləcək

09/12/2023 00:05
1-MANŞET

Prezidentliyə namizədlərin siyahısı bu tarixdə bəlli olacaq- MSK

08/12/2023 23:56
Flash

Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib – FOTOLAR

08/12/2023 23:49
1-MANŞET

Rəis vəzifəsindən azad edilib nazir müavini təyin olundu

08/12/2023 23:41
Flash

Qadınların maaşları ARTIRILACAQ – Yeni qanun

08/12/2023 23:29

Xəbər lenti

Qərbi Azərbaycan Xronikası: “Ermənistanda yaşayanlar ermənilər deyil, əsl hindlilərdir” – VİDEO

09/12/2023 00:22

Növbədənkənar Prezident seçkilərində müşahidə aparılması ilə bağlı ərizələrin təqdim edilməsi müddəti açıqlanıb

09/12/2023 00:13

ƏHALİNİN NƏZƏRİNƏ! Bu şəxslərə UŞAĞA GÖRƏ əlavə pul veriləcək

09/12/2023 00:05

Prezidentliyə namizədlərin siyahısı bu tarixdə bəlli olacaq- MSK

08/12/2023 23:56

Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib – FOTOLAR

08/12/2023 23:49

Rəis vəzifəsindən azad edilib nazir müavini təyin olundu

08/12/2023 23:41

Qadınların maaşları ARTIRILACAQ – Yeni qanun

08/12/2023 23:29

Cəsarət Valehov nazirlikdəki vəzifəsindən getdi

08/12/2023 23:15

Təranə Musaya görə Müşviqi TƏNQİD ETDİ – Video

08/12/2023 23:08

“Deyirdi ki, Ramiz Mehdiyevi “mənəvi atası” adlandırır”

08/12/2023 23:03

Elm və Təhsil Nazirliyində yeni təyinatlar

08/12/2023 22:55

SON DƏQİQƏ! Azərbaycanda yenə zəlzələ oldu: Bu dəfə…

08/12/2023 22:28

Kişi üçün ideal qadın necə olmalısan? Bunları edin, sizə divanə olacaqlar… – QADINLARA ÖZƏL ARAŞDIRMA

08/12/2023 22:23

Norveçdə əsgərlər qeyri-adi təlimlərdə iştirak edir – ŞOK

08/12/2023 22:04

Ümidini itirməyən xocalılı uşağdan GÖZLƏNİLMƏZ ADDIM – VİDEO

08/12/2023 21:45

VACİB! Birgə bəyanatda diqqətdən qaçan detal – Bakı və İrəvan bu mesajı kimə ünvanlayıb?

08/12/2023 21:33

İsgəndərli susqunluğunu pozdu: “Gəl, uşaqları apar, özün bax” – Qalmaqal

08/12/2023 21:26

Təhlükəlidir! Metrodan istifadə etməyin: Əgər bu problem sizdə varsa…

08/12/2023 21:14

“Azərbaycan və Ermənistan arasındakı mormallaşmanı dəstəkləyirik” – Ukrayna XİN

08/12/2023 21:03

EFİRDƏ BİABRÇILIQ! Azyaşlının başına oyun açdılar… – PSİXOLOJİ ŞİDDƏT VİDEO

08/12/2023 20:51

Bu iki bürcə yeni il DÜŞMƏYƏCƏK – Başına bəlalar gələcək… – XƏBƏRDARLIQ

08/12/2023 20:35

Müharibədə törədilən vəhşilik ortaya çıxdı! – Azyaşlı qızın birini zorlayıb, o birini… FOTOLAR

08/12/2023 20:25

Azərbaycanda “Qarşıma çıxan hər kəsi, sonra özümü öldürəcəm” – deyən şəxsin aqibəti görün NƏ OLDU…

08/12/2023 20:17

Yeni qlobal fəlakət XƏBƏRDARLIĞI! 2024-cü ildə…

08/12/2023 20:01

Pərvin Abıyevanın Azərbaycandan çıxışına QADAĞA – 95 min manatlıq iddia + YENİLƏNİB

08/12/2023 19:56

DİQQƏT: Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!

08/12/2023 19:43

Bu gün vəfat edən Yaşar Əliyev – DOSYE

08/12/2023 19:21

DƏHŞƏT! Bakıda xəstəxanada əməliyyat zamanı Tiktoka girib… – VİDEO

08/12/2023 19:13

Əməkdar artist: “Mən danışsam çox şey deyəcəm”

08/12/2023 19:07

SON DƏQİQƏ! Yaşar Əliyev vəfat etdi

08/12/2023 19:02

Daha çox

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Eyni zamanda, olimp casino onlayn kazinosu haqqında ən son xəbərləri də oxuya bilərsiniz. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.