Uşağı arabada gəzdirən ananı qatar vurub.
Medianews.az xəbər verir ki, hadisə Rusiyada baş verib.
İlkin məlumata görə, zərərçəkmiş qohumlarından evə qayıdarkən sərxoş olub.
Qadın yolu qısaltmaq üçün piyada keçidindən istifadə etməmək qərarına gəlib və relslər boyu addımlayıb. Nəticədə çarəsiz qalan xanımı qatar vurub.
İki yaşlı uşağa heçnə olmayıb, qadın isə müxtəlif bədən xəsarəti alıb.
Baş verənlərin bütün şəraiti müəyyənləşdirilir.