Rusiyanın Sıktıvkar şəhərində bədbəxt hadisə baş verib.
Medianews.az xəbər verir ki, “Volkswagen Polo”nun sürücüsü uşaq arabasının keçməsinə icazə verməyib.
53 yaşlı sürücü Kataeva küçəsi istiqamətində ən sağ zolaqla hərəkət edərkən sağdan sola nizamlanmayan keçiddə yolu keçən piyada ilə toqquşub.
Qəza nəticəsində uşaq arabasında olan üç yaşlı uşaq xəsarət alıb. Ona kəllə-beyin travması diaqnozu qoyulsa da, beyin silkələnməsi təsdiqini tapmayıb.
Məlumata görə, uşağın xəstəxanaya yerləşdirilməsi tələb olunmayıb.