“Yaş ləkələri xərçəngə səbəb ola bilməz. Ancaq bu, heç bir təhlükə yaratmadıqları anlamına gəlmir”
Medianews.az xəbər verir ki, bunu onkoloq Vadim Pokrovski deyib.
“Piqment ləkələri xoşxassəli nevuslar kimi sadədir və ümumiyyətlə, heç bir şeyə səbəb olmur. Lakin bu nahiyələrdə çoxlu melanositlər var və buna görə də bəzi modifikasiya edilmiş hüceyrələr görünə bilər. Onların zədələnmə ehtimalı var”, – o deyib.
Həmçinin, onkoloq piqment ləkələrini mütəmadi olaraq izləməyi məsləhət görüb.
Onun sözlərinə görə, onlar dəri üzərində rəng, forma və hündürlüyü dəyişə bilirlər.