Amerikalı aktyor Barton Koupertueytə ən azı ikinci mərhələdə beyin xərçəngi diaqnozu qoyulub.
Medianews.az xəbər verir ki, bu barədə sənətçi pərəstişkarlarına İnstaqram hesabında məlumat verib.
Məşhur “Kövrək canlılar” serialının 31 yaşlı aparıcısı son səkkiz həftə ərzində mütəmadi olaraq qıcolmalar keçirdiyini, onlardan birindən sonra xəstəxanaya yerləşdirildiyini etiraf edib.
Onun sözlərinə görə, həkimlər MRT müayinəsi aparıb və onun beynində anomaliya aşkar ediblər.
“Belə xəstəliklərin yeganə müalicəsi beyin əməliyyatıdır. Həkimlər hələ də şişin böyük hissəsini çıxara biləcəklərinə əmindirlər”, – Koupertueyt bildirib.
Aktyor əlavə edib ki, şiş ölçüsünə görə təsir edici olsa da, digər orqanlara yayılmır. O, cərrahların gələn həftənin ortasına və ya sonuna qədər onu çıxaracağını gözləyir.
O, planlarını bölüşüb: “Mən tamamilə geri qayıtmağı və keçmiş şöhrətimi üstələməyi planlaşdırıram”.