Fələstin və İsrail arasındakı münaqişənin 39-cu günü bölgədən şiddətli görüntülər yayılıb.
Medianews.az xəbər verir ki, Qəzza zolağında havadan və qurudan hücumlar fasiləsiz davam edir.
İsrail əsgərləri fələstinli fəal İyad Banatı işğal altındakı İordan çayının qərb sahilindəki Hebron şəhərində sosial media platformasında canlı yayım zamanı döyərək həbs ediblər.
Banat sosial media platformasında canlı yayımda olarkən evinə girən İsrail əsgərləri onu ailəsinin gözü qarşısında təpik və tapança qundağı ilə döyüblər. Banatın uşaqları əsgərlərə atalarını döyməmələri üçün yalvarıblar. Kadrlarda İsrail əsgərlərinin ağlayan uşaqlara qışqıraraq silahlarını doğrultduğu da görüntülənib.
Medianews.az