Primorsk vilayətinin Nadejdinski rayonunda ana yeni doğduğu körpəsini öldürüb.
Hadisə rayonun Olenevod kəndində baş verib. Kənd sakinləri polisə həmkəndlilərinin evdə uşaq dünyaya gətirdiyini və bundan sonra yeni doğulan körpənin yoxa çıxdığını bildiriblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qadının dindirilməsi üçün onu polis idarəsinə aparıblar.
Dindirilmə zamanı qadın evdə uşaq dünyaya gətirdiyini və körpəni sobada yandırdığını deyib