Magistral yolda güclü qəza baş verib. Üç avtomobil toqquşub, 4 nəfər yaralanıb.
Medianews.az xəbər verir ki, hadisə Kareliya Respublikasında baş verib.
Kareliya yol polisinin məlumatına görə, “Nissan X-Trail” markalı avtomobilin sürücüsü ötmə əməliyyatından sonra hərəkət zolağına qayıdarkən qarşıdan gələn “Mitsubishi ASX” markalı avtomobillə toqquşub.
Zərbə nəticəsində “Mitsubishi” qarşıdan gələn zolağa aşıb və orada “Skoda Octavia” ilə toqquşub.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb: 50 yaşlı Mitsubishi sürücüsü, 36 yaşlı Skoda sürücüsü və onun iki sərnişini.
Qəza ilə bağlı araşdırma aparılır.