Narkoman ana 7 aylıq qızını yastıqla boğub, onu lentə alıb və uşağın atasını videolarla şantaj edərək pul tələb edib.
Medianews.az xəbər verir ki, qəribə hadisə Rusiyanın Volqoqrad şəhərində baş verib.
Bundan əlavə, o, rəfiqəsi ilə milyonçu blogger Ruslan Barqayevin keçmiş həyat yoldaşı Lizanı döyüb. Körpənin atası problemə diqqət çəkməyi xahiş edərək kömək üçün ona müraciət edib. Qadın ərinin Liza ilə flört etdiyinə qərar verib və onu qorxutmağa başlayıb. O, daim zəng edib, təqib edib, hədələyib.
Nəticədə qadın 7 aylıq qızını yastıqla boğub, onu lentə alıb, və yoldaşını şantaj edib.
Qeyd edək ki, körpə sağlamdır və uşaq evindədir.
Məlumata görə, qadın körpəyə qarşı amansızlıqla bağlı cinayət işi prokurorluğun nəzarətindədir, məhkəmə valideynlik hüquqlarından məhrumetmə iddiasına baxacaq.
Əgər iddia təmin olunarsa, qız atası ilə yaşayacaq.
Cütlüyün daha bir övladı var – onun 7 yaşı var.