Ərzurumun Yakutiye rayonunda avtomobilin vurduğu 14 yaşlı yeniyetmə ölüb. Ərzurumun Yakutiye rayonunda 14 yaşlı Hüseyin P.i idarə etdiyi avtomobil Kurtuluş Məhəlləsi Şevval küçəsində yolu keçmək istəyən 5 yaşlı Mehmet Erdem A.-nı vurub.
Medianews.az HaberGlobal-a istinadən xəbər verir ki, Qəzada ağır yaralanan Mehmet Erdem A.-nı Atatürk Universiteti Araşdırma Xəstəxanasında edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Avtomobili idarə edən uşaq polis qrupları tərəfindən saxlanılıb, Mehmet Erdem A-nın cəsədi isə yarılma üçün Ədliyyə Tibb Qurumuna aparılıb.
Hadisə yerinin araşdırılmasından sonra avtomobil evakuatorla ərazidən uzaqlaşdırılıb.
Hüseyn P.-nin polis bölməsində araşdırılması davam edir.