12 yaşından bəri xərçəng xəstəliyi ilə mübarizə aparan türkiyəli fenomen Ayşenur Parlak 37 yaşında dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, qaraciyərində aşkarlanan xərçəng səbəbiylə bir müddət xəstəxanada yatan Parlakın ölüm xəbərini həyat yoldaşı sosial media hesabında bildirib.
“İllərdir bu acı xəbəri sizlərlə paylaşmamaq üçün dua edirdim. Kaş birinci mən gedəydim”, – deyə Ayşenur Parlakın həyat yoldaşı bildirib.
Medianews.az