Azərbaycanda yüzlərlə insanın minlərlə manat xərclədiyi “Pazfarm” şəbəkəsi vəsaitləri mənimsəyib. Platformada 50 min manata qədər pulu batan insanlar var.
Medianews.az xəbər verir ki, DİN “Pazfarm” şəbəkəsi ilə bağlı məsələni aydınlaşdırır.
Qeyd edək ki, “Pazfarm” insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan pul qazandıran platforma idi. Təsisçilər vəsaitləri kriptovalyutalar ilə aldıqları üçün hazırda batan pulların geri qayıtması mümkünsüz görünür.