Dünya ulduzu Rihanna imicini dəyişərək internetdə müzakirələrə səbəb olub.
Medianews.az xəbər verir ki, 35 yaşlı ulduzu Los-Ancelesdəki bir restoranın qarşısında paparassilər çəkib.
Görünüş üçün məşhur mücərrəd naxışla bəzədilmiş həcmli cins şalvar, boz sweatshirt və uzun yağış paltarı seçib.
Yayımlanan fotolarda müğənninin saçlarını açıq qəhvəyi rəngə boyadığı da görünür.
İzləyicilər Rihannanın materialın altına rəy yazaraq yeni imicini bu cür qiymətləndiriblər: “Bunun mənası nədi? Çox yaxşı görünmür”, “Özünə heç bənzəmir”, “Darıxdırıcı görünür”, “Beyonsenin parikini oğurlayıb?”, “Bunun nəyi cəlbedici edir?”.
Bununla belə, öz kumirini müdafiə edən də olub:
“O, burada əla görünür. Mən onun saçlarını və dırnaqlarını sevirəm”, “Bu, onun son illərdəki ən yaxşı görünüşüdür. Gözəl!”, “Bu saç rəngi ilə onun yaşıl gözləri daha da parlaq görünür”, “Onda bu rəngi çox bəyənirəm”, “Möhtəşəm qadın”.