Rus məktəb yaxınlığındakı yaşayış binasının pəncərələrinə tapançadan atəş açıb.
Medianews.az xəbər verir ki, Nijnevartovskda məktəb yaxınlığında atəş açan 45 yaşlı yerli sakin saxlanılıb.
Məlumata görə, sərxoş olan şəxs məktəbin yaxınlığındakı 48b saylı evin pəncərəsindən qışqırıb, sonra tapançanı çıxararaq atəş açıb.
Silah götürülüb. Qeyd olunur ki, bu pnevmatik tapançadır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini araşdırır.
Saxlanılan şəxs özü səbəbini izah edə bilməyib.