Bir həftə əvvəl Tatarıstanda yoxa çıxan Başqırdıstanlı balıqçılar ölü tapılıb.
Medianews.az xəbər verir ki, Tatarıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti onların meyitlərinin dünən gecə Menzelinski rayonunda tapıldığını bildirib.
İk çayında, Novı Melken kəndindən 3,5 km aralıda, iki metr dərinlikdə könüllülər balıq tutarkən yoxa çıxan Başqırdıstanın iki sakininin cəsədini aşkar ediblər.
Ölənlərin cəsədləri sudan çıxarılaraq polisə təhvil verilib.
Xatırladaq ki, balıqçılar noyabrın 4-də yoxa çıxıblar – iki nəfər motorlu qayıqla İk çayına balıq tutmağa gedib. Bir müddət sonra onlarla əlaqə kəsilib.
Daha sonra yaxınları kömək üçün təcili yardım xidmətlərinə müraciət ediblər. Axtarışlara könüllülər, xilasedicilər və polis qoşulub. Bir müddət sonra sahildə onların qayığı və 1 ədəd rezin çəkmə tapılıb.