Çoxuşaqlı ana 9-cu mərtəbənin pəncərəsindən özünü ataraq intihar edib.
Medianews.az xəbər verir ki, hadisə Rusiyanın Smolensk şəhərində, bazar günü, noyabrın 12-də baş verib.
Sosial şəbəkələrdə üç uşaq qoyan Smolensk qadınının başına gələnlərlə bağlı müxtəlif versiyalar irəli sürülür.
“Rostumun anası idi. Onun hekayəsinə görə, ögey atası içki içib və bu, tez-tez baş verdiyi üçün, o bundan yaxşı variant görmürdü…Onların ailəsinə yazığım gəlir”, – Qadının tanışlarından biri Əmir Ramazanov deyib.
Hazırda Rusiya İstintaq Komitəsinin Smolensk vilayəti üzrə İstintaq İdarəsi hadisənin bütün hallarını aydınlaşdırır.