İstanbulda Tuncay Sağ adlı kişi uşaqlarını görmək üçün evinə getdiyi keçmiş həyat yoldaşı Pınar Bektaşın boğazını kəsərək öldürüb.
Medianews.az xəbər verir ki, qışqırıqları eşidən qonşular P. Bektaşın qan içində yerdə yatdığını görüblər.
Hadisə zamanı Pınar Bektaşın 7 yaşlı qızının otaqda gizləndiyi müəyyən edilib. Qətldən sonra Tuncay Sağ polis bölməsinə gedərək təslim olub. P. Bektaşın hadisə yerinə gələn yaxınları isə gördükləri mənzərədən şoka düşüblər.
Medianews.az