Kişi yatmış sevgilisini öldüyünü zənn edərək onu quyuya atıb.
Medianews.az xəbər verir ki, hadisə Rusiyanın Ryazan şəhərində baş verib.
45 yaşlı Ryazan sakini bu ilin aprelində sevgilisini qonaq edib və onu oyatmaq mümkün olmayıb.
Kişi qadının öldüyünə qərar verərək, onun ölümündə günahkar olacağından qorxub.
Daha sonra “bacarıqlı” sahib cəsəddən qurtulmaq qərarına gəlib: qonağı mənzildən çıxardı və su ilə doldurulmuş kanalizasiya quyusuna atıb.
Cəsəd bir neçə həftə sonra tapılıb.
Ekspertiza müəyyən etdi ki, qadın lyukun içinə düşən zaman sağ olub.
Buna görə də kişi onun ölümündə günahlandırılıb və həbs cəzasına məhkum edilib.
Məlumdur ki, bu, təqsirkar üçün verilən ilk hökm deyil: o, əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunub.