Türkiyənin Tokat vilayətində dəhşətli qisas hücumu həyata keçirilib.
Medianews.az xəbər verir ki, 17 yaşlı yeniyetmə qardaşını öldürən şəxsin qardaşını avtomobil ilə vurub.
Belə ki, ötən il 40 yaşlı Musa Şahin 22 yaşlı Serhat Unutmazı güllələyərək öldürmüşdü. Serhat Unutmazın 17 yaşlı qardaşı da intiqam almaq üçün Musa Şahinin qardaşını avtomobil ilə vurub. 41 yaşlı Erdal Şahin hadisə zamanı ağır yaralanıb.
Baş verənlər saniyə-saniyə təhlükəsizlik kamerasına əks olunub.
Medianews.az