İstanbulda dəhşətli hadisə baş verib.
Medianews.az xəbər verir ki, gənc ana yeni doğulmuş körpəsini torbaya qoyaraq pəncərədən atıb.
Körpəsini pəncərədən atan ana və nənə həbs olunaraq həbsxanaya göndərilib.
Hadisə zamanı uşağını məktəbə aparan kişi binanın yanından yerdə hərəkət görüb və torbanın ağzını açıb. Həmin şəxs torbanın ağzını açdığı zaman dəhşətli mənzərə ilə qarşılaşıb.
Xəbər üzərinə hadisə yerinə gələn polis qrupları ərazidə araşdırma başladıb və təcili yardım qrupları körpəni xəstəxanaya aparıb. Bütün müdaxilələrə baxmayaraq həkimlər körpənin həyatını xilas edə bilməyiblər.
Medianews.az