Qazaxıstan prezidenti Tokayev Rusiya lideri Putinlə iştirak etdiyi imzalanma mərasimində ənənəni pozaraq rus deyil, qazax dilində danışıb.
Medianews.az xəbər verir ki, bu zaman Rusiya nümayəndə heyəti çox təəccüblənib və qulaqcıqlarını götürmək üçün hərəkətə keçib.
Lakin Tokayev çıxışına qazax dilində başlayıb, daha sonra rusca davam edib. Sözügedən bu görüntülər sosia mediada da maraqla qarşılanıb.
Qeyd edək ki, liderlərin görüşü noyabrın 9-da Putinin Qazaxıstana rəsmi səfəri çərçivəsində baş tutub.
Medianews.az