Çirkli pulların yuyulması və vergidən yayınma ittihamları ilə gündəmə gələn Engin və Dilan Polatın həbsindən sonra dəbdəbəli həyatları ilə diqqət çəkən fenomenlər də gündəmə gəlib.
Medianews.az xəbər verir ki, Dilan Polata yaxınlığı ilə tanınan fenomen Şule Kayatürk vəkili vasitəsilə açıqlama verib.
Sosial mediada Şulemsi kimi tanınan və son zamanların trend adlarından biri olan Şule Kayatürk 16 villası, 28 mənzili, 1 helikopteri, 173 iş yeri və 1 yaxtası olduğu iddiası ilə gündəmdədir.
Onlarla villası, evi, iş yeri və vertolyotu və yaxtası olduğu iddia edilən fenomen, vəkili vasitəsilə verdiyi açıqlamada bütün iddiaları təkzib edib.
Medianews.az