ABŞ-ın Florida ştatının Daytona bölgəsindəki barda maraqlı anlar yaşayıb.
Medianews.az xəbər verir ki, 43 yaşlı Laura Gallagher adlı qadın barda 17 yaşlı işçini təhqir etdiyi üçün polis tərəfindən saxlanılın.
Hadisə yerinə gələn polisin həbs qərarına qarşı çıxan qadın söyüş söyərək özünü müdafiə edib.
Polisdən verilən açıqlamaya görə, 43 yaşlı qadın barda işləyən 17 yaşlı gənc oğlana qarşı əxlaqsız hərəkətlər edib. Polis daha sonra sərxoş qadının bu halda avtomobil idarə etməsinə də mane olub.
Gallagher hüquq-mühafizə orqanının əməkdaşına təzyiq və gənc oğlana təcavüz ittihamı ilə həbs edilib. O, məhkəmədə ittihamlara etiraz etməyib və 12 aylıb həbsə məhkum edilib.
Bundan əlavə Laura Gallagher 428 funt sterlinq cərimə də ödəməli olub.
Medianews.az