UEFA-nın rəsmi saytı Avropa Liqasının H qrupunun 4-cü turunda “Qarabağ” və “Bayer” klubları arasında Bakıda keçirilmiş oyunu (0:1) haqda yazıb.
Qurum Ağdam təmsilçisinin məğlubiyyətini zədəli futbolçularla əlaqələndirib: ““Bayer” bütün turnirlərdə ardıcıl 11-ci qələbəsini qazandı. Amma bu dəfə, iki həftə əvvəlki matçda olduğu kimi füsunkar üslubda deyildi. Bu dəfə Almaniya çempionatının lideri yalnız sonda, üstəlik, Marko Vesoviç və Andrey Lunev də daxil olmaqla, “Qarabağ”ın bir neçə əsas oyunçusunun zədələnməsindən sonra əldə edə bildi.
Bu görüşə qədər “Qarabağ” öz meydanında keçirdiyi son 13 avrokubok matçında uduzmamışdı (7 qələbə, 6 heç-heçə).