İspaniya nəhəngi “Real Madrid”in son 2 matçında heyətə daxil olan və meydana çıxmaq üçün gözləyən futbolçusu Arda Gülerin Valensiya ilə görüşdə heyətdə olmayacağı bildirilir.
BAKU.WS xəbər verir ki, bu barədə “Mundo Deportivo”nun məlumatında deyilir.
Ulduz futbolçunun yenidən zədələndiyi iddia edilir.
Xəbərə görə, Güler cümə axşamı səhər “Braqa” matçından sonra keçirilən komandanın məşqində iştirak etməyib.
18 yaşlı futbolçunun tam sağalmadığı və Karlo Ançelottinin ona vaxt verməkdən çəkindiyi də vurğulanıb.
İtalyan mütəxəssis isə mətbuata açıqlamasında, “Arda Gülerə diqqət yetiririk. O, ciddi zədədən sonra komanda ilə cəmi 4 məşqə çıxıb. O, 100 faiz hazır olanda oynamaq şansı qazanacaq”, – deyə bildirib.