Türkiyənin Hatay şəhərinin İskenderun rayonunda dəmir-polad fabrikində baş verən partlayışın yeni görüntüləri ortaya çıxıb.
Medianews.az xəbər verir ki, fabrikdə baş verən partlayışda 2-si ağır olmaqla 13 işçi yaralanıb.
Partlayışda yaralanan işçilər İskenderun Dövlət Xəstəxanası və Dördyol Dövlət Xəstəxanasında müalicə alıblar. İlk müdaxilədən sonra yaralılardan bəziləri ətraf əyalətlərə sövq edilərkən, 3 işçinin həyati təhlükəsinin olduğu öyrənilib.
Sözügedən dəhşətli partlayışdan görüntüləri təqdim edirik:
Medianews.az