Tovuzda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Medianews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Hərəkətdə olan avtomobil 2000-ci il təvəllüdlü Əlixan Əsədovu vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.