Passiv həyat tərzi sağlamlığa zərər verir. Müntəzəm olaraq idman etmək və ya heç olmasa gəzintiyə çıxmaq tövsiyə olunur.
Medianews.az Lent.az-a istinadən xəbər verir ki, gündəlik olaraq gəzmək sağlamlıq üçün faydalıdır. Tədqiqatlar göstərir ki, fiziki fəaliyyət 40-a qədər xroniki xəstəliklərin qarşısının alınması ilə bağlıdır.
Bundan əlavə, fiziki fəaliyyət döş xərçəngi, hipertoniya, insulin müqaviməti və diabetin qarşısını almağa kömək edə bilər.
Gəzintinin sağlamlıq üçün açıq faydalarına baxmayaraq, 2022-ci il statistikasına əsasən, kişilərin yalnız 21%-nin və qadınların 19%-nin müntəzəm fiziki fəaliyyətlə məşğul olub.
Ənənəvi olaraq, sağlamlıq faydalarını əldə etmək üçün gündə təxminən 10.000 addım atmağınız lazım olduğu düşünülür. Həmçinin, daha sürətli yeriməyə çalışın. Unutmayın ki, həftədə 150-300 dəqiqə orta intensivliklə məşq etməlisiniz. Bu iki vərdiş birlikdə ömrü uzatmağa kömək edəcək.