“Mən başa düşmək istəyirəm ki, Ermənistan hakimiyyəti Ukraynanın “Sülh qətnaməsi”nə qoşulub? Bu qətnamə ilə Rusiya Federasiyasının Prezidentini Haaqa Beynəlxalq Məhkəməsində mühakimə etməyə hazırlaşırlar”.
Erməni politoloq Rusiyanın reaksiyasını nəzərə alaraq hesab edir ki, Ermənistan Malta konfransında iştirak etməklə Rusiya Prezidentini Haaqa Beynəlxalq Məhkəməsində mühakimə etməyə hazırlaşan Ukrayna qətnaməsinə qoşulduğunu təsdiqləyib.
Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistan-Ukrayna əməkdaşlığına haqq qazandıran qeyd edib və bildirib ki, Rusiya Ermənistanla aktiv müharibədə olan Azərbaycana da milyardlarla dollarlıq silah satıb.
Matevosyan Simonyanın bəyanatını şərh edərək vurğulayıb ki, Rusiya həmişə strateji tarazlığı saxlamağa çalışıb, hətta Ermənistana pulsuz silah da verib.