Rusiyalı teleaparıcı Kseniya Sobçak ad gününü yüz minlərlə rubla başa gələn açıq-saçıq geyimdə qeyd edib.
Medianews.az xəbər verir ki, bununla bağlı məşhur öz instagram hesabında paylaşım edib.
Yayımlanan kadrlarda 42 yaşlı məşhur Schiaparelli brendindən qəhvəyi məxmər paltarda görünüb. Brendin rəsmi saytında qiyməti 8900 avro təşkil edir.
Qarderob əşyası sinə nahiyəsi və boyun nahiyəsində dodaq şəklində kulonlu qızıl zəncirlə bəzədilib. Bundan əlavə, jurnalist analoji üslubda pencək geyinib. Görünüşünü ayaq barmaqları qızılla örtülmüş barmaqlı ayaqqabılar və mirvari, eyni zamanda insan gözünün təsviri olan üzük ilə tamamlayıb.
Beləliklə, sonuncunun qiyməti 1350 avrodur.