İdman geyimi və ayaqqabı brendi Nike patent pozuntusuna görə New Balance və Skechers-i məhkəməyə verib.
Medianews.az xəbər verir ki, Nike sözügedən şirkətləri onun texnologiyasından qeyri-qanuni olaraq Nike Flyknit üst geyimlərini istehsal etməkdə ittiham edib.
İddiaçının sözlərinə görə, qaçmaq, futbol oynamaq və basketbol oynamaq üçün ayaqqabıların yaradılmasının bu üsulu onun tərəfindən patentləşdirilib.
Öz növbəsində, New Balance nümayəndələri rəqiblərin əqli mülkiyyət hüquqlarına tam hörmət etdiklərini bildiriblər.
Bununla belə, onların fikrincə, Nike bu “onilliklər ərzində sənayedə istifadə edilən ənənəvi ayaqqabı dizaynı və istehsal üsulları”na dair müstəsna hüquqlara malik deyil.