Rusiyanın Nijni Novqorod şəhərindəki ticarət mərkəzinin yeməkxanasında mühafizəçi azyaşlını boğub.
Medianews.az xəbər verir ki, müvafiq video yaralı oğlanın dostları tərəfindən sosial şəbəkələrdə yerləşdirilib.
Görüntülərdə kişinin yeniyetməni tutması əks olunub. Mühafizəçi oğlanın boynundan tutur və o, kişini vurmağa cəhd edərək cavab verir.
Hadisə şahidlərinin sözlərinə görə, gəncin dostları mühafizəçini hədələyib, ona təhqirlər yağdırıblar.
Münaqişənin necə başladığı hələlik məlum deyil.
Aydındır ki, hüquq-mühafizə orqanları hadisəyə baxacaq və iştirakçılara hüquqi qiymət verəcək.