Taksi sürücüsünü bıçaqla yaralayan 20 yaşlı gəncə qarşı hökm çıxarılıb.
Medianews.az xəbər verir ki, hadisə Rusiyanın Ulyanovsk şəhərində baş verib.
Belə ki, bu il martın 6-da Stankostroiteley küçəsindəki evlərdən birinin yaxınlığında taksi salonundan çıxan oğlan kortəbii olaraq sürücü ilə mübahisə edib.
Münaqişə zamanı o, bıçağı götürərək kişiyə bir neçə bıçaq zərbəsi vurub, nəticədə ona qarın nahiyəsindən kəsici-deşici bıçaq xəsarəti yetirib.
Faktla bağlı cinayət işi başlanıb.
Məhkəmə Danila X.-ni cinayətdə təqsirli bilib və 4 il müddətinə ümumi rejimli koloniyada cəza çəkib.
Həmçinin, gənc zərərçəkmiş şəxsə mənəvi ziyana görə 500 min rubl ödəməli olacağı bildirilib.
Hökm qanuni qüvvəyə minib.