Yüksək səslə musiqi dinləyən iki sürücüyə ümumilikdə 872 lirə cərimə kəsilib.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Trabzon şəhərində baş verib.
Trabzonda iki avtomobildən yüksək musiqi səsləri eşidilib. Beləliklə sürücülərin səs-küy yaradaraq ətraf mühiti pozduğu müəyyən edilib. Nəticədə hər iki sürücüyə ümumilikdə 872 lirə inzibati cərimə kəsilib.