İsrail Müdafiə Qüvvələri (IDF) bir gündə Qəzza zolağında HƏMAS-ın 450 hərbi obyektinə hücum edib.
Medianews.az xəbər verir ki, gecə saatlarında qırıcı təyyarələr tunellərə, terrorçuların dəstələrinə və hərbi postlara hücum edib.
Bundan əlavə, müşahidə məntəqələri və tank əleyhinə raket qurğuları da hücuma məruz qalıb.