İsrail Qəzza zolağında eskalasiya başlayandan bəri 2100-dən çox fələstinlini həbs edib.
Medianews.az xəbər verir ki, bu barədə Fələstinli Əsirlərin İşləri Komitəsinin nümayəndələri açıqlayıb.
Aydınlaşdırılır ki, bu həbslər həm də fələstinlilərə və onların ailə üzvlərinə qarşı sistematik işgəncələr, daimi təhdidlərlə müşayiət olunub.
Qeyd edək ki, noyabrın 6-da İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində bir gecədə 200-dən çox insanın öldüyü bildirilib.